Пятница, 10.05.2024, 22:35
» Меню сайта
» Наш опрос
Оцените мой сайт
Всего ответов: 51
Начало » 2009 » Июнь » 19 » Küskün ürək...
Küskün ürək...

İnsan ürəyi bəzən çox kövrək,titrək,küskün olar.Bəzən bircə sözə,bir sərt baxışa,soyuq baxışa küsər,inciyər...Sanki bir körpədir.Nazlanmaq istər,bəslənmək istər,sevilmək istər.Küsən bir könül barışıq istər.Bəzən qürur qoymaz onu barışmağa.Qoymaz ilk addımı atmağa...Deyər barışma...Qürur gözlərə əmr edər: "Baxma,görmə yalvarışları...Görmə düzgünlüyü,həqiqəti..." Qürur qulaqlara əmr edər : "Eşitmə bağışla sözünü.Eşitmə deyilən sözləri...Bir kərə dinlədin,eşitdin küsdürdü səni...Daha dinləmə...eşitmə..." Qürur əmr edər dodaqlara: "Deyilən hər sözü təbəssümlə qarşılama,gülmə..." Bəzən qürur yaradar incikliyi, uzadar barışığı.
Bəzən küsərik barışacağımızı bilə-bilə.Bəzən küsərik barışmaq istəyi ilə...
Küskün könül barışıq istər...Qürura qalib gəlib barışar.Bağışlayar bütün səhvləri...Hər incikliyin barışığı daha gözəl olar. Daha mehriban olar. Sanki yağmurda islanmiş, soyuqda donmuş biri. ..İsti qucaq istər...isti söz istər...Sadəcə özlənmiş barışığı istər...


Lakin bəzən elə küsərik barışığı gözləmədən.Sanki bütün bağlılıqlar qırılar.Bütün xoş xatirələr bir anda unudular.Bütün yaxşılıqlar itər.Qəlbən küsərik barışığı istəmədən.Uzaq olmaq istərik yaxınımız olsa belə.O zaman barışığa son qoyan qürur deyil,ürək olar. Küskün ürək,kövrək ürək,sınmış ürək...Hansı ki, bir BAĞIŞLA sözü ilə barışmayan,yumşalmayan,küskün ürək...O zaman qürurdan öncə sınmış,küskün barışıq istəməyən ürək dayanar...
Və ya sonunun olmadığını bildiyimiz halda gözləmək...Alınmayacağını bildiyimiz halda mübarizə aparmaq...Hər gün özümüzə söz veririk.Bu dəfə unudacağam daha ağlamayacam.Amma hər dəfəsində daha çox ağlayırıq "biz"ə. O gəlir ağlımıza..Hər şeyin əvvəlki kimi olmadığını hiss edirik...
Nə qədər ayrılığı qəbul etmək istəsəm də bacara bilmədim unuda bilmədim.. Bax yenə sən gəldin ağılıma. .Göz yaşlarım süzülür mən istəməsəmdə..Soruşuram özümdən haradadır o ? Nə edir indi? Məni düşünürmü? Yanımda olmadığın qətidir,başqa qollarda olsanda nə fərq edərki. "Bumuydumu xəyalındakı men? "deyə soruşsan mənə , əmin ol "yox bu deyildi" deyərəm. Darıxıram darıxılmadan. Bütün xəyallarda həmişə hər kəs mən mən mən deyir..Amma mənim istədiyimsə bu deyildi.
Mənim istədiyim sadəcə "Biz" idi...


P.S. FİKİRLƏRİNİZİ BİLDİRMƏYİ UNUTMAYIN !!!
Просмотров: 1841 | Добавил: talehaliyev | Рейтинг: 5.0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
» Форма входа
» Календарь новостей
«  Июнь 2009  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930
» Поиск по новостям
» Друзья сайта
Copyright MyCorp © 2006Сайт управляется системой uCoz