Hərdən çox fikirləşirəm.Qurban olduğum Allah sevgi adlanan hissi insanlara niye verib?Bizi xoşbəxt yoxsa bədbəxt etmək üçün?Gəlin etiraf edək ki,bu hiss bizi sevindirməkdən daha çox üzür.Kaş sevmək, cox istəmək qədər unutmaq da çətin olmazdı.Kaş onun səni sevmədiyini,cox istəmədiyini bildiyin an sən də onu asanlıqla silib ata biləydin.Kaş onun sənə verdiyi sözlər də sənin ona verdiyin sözlər kimi düz olaydı.Kaş yıxıldığın anda qalxmağı da bacaraydın.Ama olmur,arzular həmişə həyata keçmir.Sən həm sevən,cox istəyən,həm üzülən,həm alçalan,həm də qüruru ayaqlar altına atılan olursan...
Niyə sevən,cox istəyən insanın qiymətini sevilən insan deyil,başqaları verir? Onun sonradan peşman olmasının sənə nə faydası var? Onun sənə “Sən çox yaxşı insansan,inanmıram ki bundan sonra sənin kimisi mənim həyatımda olsun, ama mənim sənə qarşı hisslərim bitib,istəyirsənsə dost kimi qalaq” deməsinin nə mənası var? Mənası yoxdu,ama sənin də onun yanında olmaq üçün başqa əlacın yoxdu.Elə mənim də başqa əlacım yox idi.Ona görə də mənə həyatımın ən pis günlərini yaşadan bu "dostluğ"u ağılsızcasına qəbul etdim.Onun mənimlə danışanda hər gülümsəməsini özüm üçün ümid işığı sandım.Ama yanıldım.Məgər o məni istəməyi çoxdan unutmuş,yeni bir sevgi macərasını yeni biri ilə yaşamağa başlamışdı... Bir insan nə dərəcədə belə ürəksiz ola bilər sizcə?Mənim ona qarşı olan hisslərimi, onu nə qədər cox istədiyimi, onuncün nələr etdiyimi, nələrdən keçdiyimi bilə-bilə məni üzdü, incitdi, qəlbimi qırdı... Bütün bu olanlardan sonra da ona olan sevgim,istəyim yenə də bitmədi,səbəbini bilməsəm belə...Ama əvvəlkindən fərqli olaraq onu bu dəfə nifrətlə çox istəyirəm...